GÜCLÜ KÜLƏK QUBADA "YAŞIL TEATR"IN DAM ÖRTÜYÜNÜ UÇURUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 450
			
	
        
		
			
		
		
	
	
		Güclü külək şimal bölgəsində fəsadlar törədib. Quba şəhərinin 20 Yanvar küçəsində külək iri gövdəli ağacı aşırıb.  Nəticədə ağac "Chevrolet" markalı minik avtomobilinin üzərinə düşüb, maşına ciddi ziyan dəyib. Həmçinin aşan ağac elektrik xətlərini də qırdığından, Quba şəhərinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb. Külək Quba şəhərinin Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən "Yaşıl Teatr"ın dam örtüyünü də uçurub. Habelə əsən güclü külək Dağlı kəndində elektrik dirəyinə yaxın ərazidə yerləşən iri gövdəli ağacı aşırıb. Nəticədə kəndin bir hissəsi işıqsız qalıb. Şimal-Şərq Regional Hidrometrologiya Mərkəzindən Qafqaz TV -ə bildirildi ki, güclü küləyin nə zaman bitəcəyi barədə dəqiq bilgi yoxdur. Hazırda şimal bölgəsində güclü külək davam edir. Xaçmaz, Şabran, Qusar rayonlarının bəzi ərazilərində elektrik enerjisi ilə təminatda fasilələr yaranıb. Elektrik enerjisinin bərpası istiqamətində işlərə başlanılıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				