FHN-İN YANĞIN-XİLASETMƏ QÜVVƏLƏRİNİN DÖRDÜNCÜ QRUPU TÜRKİYƏYƏ YOLA SALINIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1351
			
	
        
		
			
		
		
	
	
		Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, avqustun 6-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə yola düşüb. 200 nəfərdən ibarət yanğın-xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Avqustun 6-da axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu artıq Türkiyədədir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				