ERMƏNİSTANDA SEÇKİ ÖNCƏSİ GÜC NÜMAYİŞİ

Ermənistanın hakim “Mülki Müqavilə” partiyası iyunun 5-də İrəvanın Respublika meydanında mitinq keçirib. Partiyanın proporsional deputatlığa namizədlər siyahısına rəhbərlik edən Ermənistanın baş naziri Nikol Paşinyanın çıxış edəcəyi gözlənilir. Xatırladaq ki, seçkiqabağı təşviqat mayın 8-də başlayıb və iyunun 5-dək davam edib. Qeyd edək ki, səsvermə iyunun 7-də keçiriləcək. Parlament seçkilərində 16 partiya və iki partiya bloku iştirak edir. Mitinq Respublika Partiyasının “Güclü Ermənistan” blokunun seçki siyahılarının qeydiyyatının etibarsız sayılmasını tələb edən bəyanatı əsasında çağırılacaq Mərkəzi Seçki Komissiyasının elan olunmuş iclası fonunda keçirilib. Onuda qeyd edək ki, hazırda əsas mübarizə hakim partiya ilə revanşist və ruspərəst müxalifət arasında gedir. Bu səbəbdən də nəticələr Ermənistanın suveren dövlət kimi gələcəyini müəyyənləşdirəcək. Çünki revanşistlərin hakimiyyətə gəlməsi Ermənistanın yenidən Rusiya boyunduruğuna düşməsi, sülh gündəminin zərbə altına düşməsi deməkdir. Bu isə özlüyündə ölkənin mövcudluğunu belə şübhə altına alır. Maraqlıdır ki, parlamentə daxil olmaq və mandatların bölüşdürülməsində iştirak etmək üçün siyasi qüvvələr müəyyən baryerləri aşmalıdırlar. Məsələn, partiyalar üçün bu hədd lehinə verilən səslərin 4 faizini, üç partiyadan ibarət ittifaqlar üçün 8 faizini, dörd və daha çox partiyadan ibarət ittifaqlar üçün isə 10 faizini aşmalıdır.