ERMƏNİLƏR SƏDƏRƏYİ YENİDƏN ATƏŞƏ TUTDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 437
			
	
        
		
			
		
		
	
	
		Sentyabrın 11-i saat 10:50-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.  Bu barədə  Müdafiə Nazirliyindən bilgi verilib. Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				