BAKI-İRƏVAN SÜLH ANLAŞMASI YAXINLAŞIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 576
			
	
        
		
			
		
		
	
	
		İrəvan Bakı ilə yenidən danışıqlarda iştirak etməyə hazırdır. Bu barədə Ermənistan  XİN bilgi yayıb. Bəyanatda qeyd olunur ki, rəsmi İrəvan Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edir. Bildirilib ki, Ermənistan tərəfi sazişin mətni üzərində işi davam etdirib və onların Azərbaycanla qarşıdakı görüşlərdə təqdim olunmasını məqsədəuyğun hesab edib. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 21-də rəsmi Bakının sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu bəyan edib. “Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”, - deyə bəyanatda bildirilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				