ALÇALDILAN ERMƏNİ HƏRBÇİ İNTİHAR ETDİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 428
			
	
        
		
			
		
		
	
	
		Hərbçi Edqar Aleksanyanı intihara sürükləməkdə ittiham edilən həmkarı saxlanılıb.  Qafqaz TV Ermənistan KİV-nə istinadən bildirir ki, bu barədə respublika İstintaq Komitəsinin mətbuat xidməti bilgi yayıb. Verilən bilgiyə görə, Ermənistan Müdafiə Nazirliyinin N hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Q.E.nin müşahidəçi qismində döyüş növbətçiliyinə cəlb olunması ilə bağlı faktiki məlumatlar daxil olub. 2024-cü il avqustun 27-dən sentyabrın 2-dək olan müddətdə şəxsi heyətin iştirakı ilə həmin döyüş mövqeyində müşahidə xidmətinin tərkibində olan hərbi qulluqçu Edqar Aleksanyanı vaxtaşırı alçaldıb, təhqir edib və vurub. Çıxılmaz vəziyyətdə qalan Aleksanyan sentyabrın 2-də saat 09:45-də eyni döyüş mövqeyində AKM markalı avtomatdan özünə çənə nahiyəsindən atəş açaraq intihar edib. Qeyd edək ki, hərbi qulluqçu Q.E. Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə ittiham olunaraq, barəsində həbs qətimkan tədbiri seçilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				