“TOKİO-2020” TƏNTƏNƏLİ BAĞLANIŞ MƏRASİMİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1482
			
	
        
		
			
		
		
	
	
		Avqustun 8-də Bakı vaxtı ilə saat 15:00-da Yaponiyanın Tokio şəhərindəki Milli Olimpiya Stadionunda  XXXII Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirilib. Əvvəlcə meydana Yaponiyanın dövlət bayrağı gətirilib. Yaponiyanın dövlət himninin müşayiəti ilə dövlət bayrağı qaldırılıb. “Tokio-2020”də iştirak edən ölkələrin bayraqları meydana gətirildikdən sonra Olimpiya Oyunlarının maraqlı anlarının əks olunduğu videoçarx nümayiş etdirilib. Yarışların mükafatçılarının meydana gəlişi maraqlı anlarla yadda qalıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				