“FULYA” FİLMİ FƏDAKAR JURNALİSTLƏRƏ HƏSR EDİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1517
			
	
        
		
			
		
		
	
	
		Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı  olan “Fulya” filminin çəkilişlərinə başlanıb. Film Vətən müharibəsi dövründə müharibənin acı və dağıdıcı həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.Film haqqında danışan “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürk .Bildirib ki, bu sənədli filmdə İkinci Qarabağ müharibəsində özünün və operatoru Halil Kahramanın lentə aldığı, ancaq efirdə görünməyən kadrlarından da istifadə ediləcək.Filmin rejissoru, kinorejissor Tahir Tahiroviç bildirib ki, bu film istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də 1-ci Qarabağ savaşında  yaşamını təhlükələrə ataraq Azərbaycan həqiqətlərini dünyaya çatdıran jurbnalistlərə ithaf edilib
    
        
                    
            
	
	
				
				
		
	
	
				