ƏSİRLİKDƏ OLAN HƏRBÇİLƏRİMİZ VƏTƏNƏ DÖNDÜLƏR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 490
			
	
        
		
			
		
		
	
	
		Bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə  edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub. Prosesdə hər iki tərəfdən müvafiq dövlət qurumları iştirak ediblər. Bildirək ki, əldə olunan razılaşmalar nəticəsində Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar. Onlar bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşmüşdülər. Sonradan onlar Ermənistan tərəfindən əsir götürülüblər və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı bu ilin dekabrın 7-də birgə məlumat yayıblar.Bildirilib ki, tərəflər arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.Razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				