ÇİNDƏ ƏNƏNƏVİ DUANU BAYRAMI QEYD OLUNUR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1368
			
	
        
		
			
		
		
	
	
		Çin xalqı qədim bayramlarından biri olan Duanu festivalını qeyd edib.Bayramla əlaqədar ölkənin müxtəlif  yerlərində şənliklər, mərasimlər, yarışlar təşkil olunur.Şərq xalqlarının ay təqvimi ilə hər il 5-ci ayın 5-ci günü keçirilən bu bayram eramızdan əvvəl IV-III əsrlərdə yaşamış vətənpərvər şair Çu Yuanın şərəfinə meydana gəlib. Rəvayətə görə, şair “Döyüşən hökmdarlıqlar” dövründə Çu hökmdarlığında yaşayıb. O, Çu hökmdarlığını məhv olmaqdan qurtarmaq gücündə olmayıb və 5-ci ayın 5-ci günü  özünü Miluo çayına ataraq intihar edib. Əfsanəyə görə, şairin ölümündən sonra insanlar qayıqlara oturub çayda onun cəsədini xeyli axtarıblar. Hətta balıqların onun cəsədini yeyəcəyindən ehtiyat edərək suya xeyli miqdarda düyü atıblar ki, balıqlar düyünü yeyib, şairin cəsədinə toxunmasınlar.Həmin hadisədən sonra hər il beşinci ayın 5-ci günü böyük şairin xatirəsinə çaylarda ənənəvi olaraq əjdaha formasında qayıqlarda yarışlar keçirilir. Eyni zamanda, çaya Çu Yuan üçün bişmiş düyü ilə doldurulmuş bambuk buğumları atırlar. Bu bayramda “Cunqci” – yarpağa bükülmüş düyü yemək adəti də var.Çin Xalq Respublikası hökuməti 2005-ci ildən bu bayramın dövlət səviyyəsində qeyd olunması barədə qərar qəbul edib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				