Sözlərin kökündə hansı mənalar gizlənir? Eyni söz müxtəlif məqamlarda necə fərqli məna ifadə edə bilər? Dilimizin zənginliyini və sözlərin məna çalarlarını nə dərəcədə tanıyırıq?
Qafqaz TV-də yayımlanan “Öz dilində düşün” verilişinin növbəti buraxılışında Azərbaycan dilində “oy” kökü ilə bağlı sözlər, omonim sözlərin fərqli məna xüsusiyyətləri və dilimizin söz ehtiyatının zənginliyi haqqında danışırıq. Buraxılışda öz dilimizdə düşünməyin üstünlüklərinə, ana dilimizi dərindən bilməyin əhəmiyyətinə, sözlərin düzgün işlədilməsinə və Azərbaycan dilinin saflığının qorunmasına diqqət yetirilir. Dil yalnız ünsiyyət vasitəsi deyil. O, xalqın yaddaşı, düşüncə tərzi, mədəniyyəti və dünyagörüşüdür. Dilimizi nə qədər yaxşı tanıyırıqsa, fikirlərimizi də bir o qədər dəqiq və dolğun ifadə edə bilirik. *Öz dilimizi tanıyaq, sözlərimizin mənalarını öyrənək, dilimizdə düşünək!* 🎙️ *ÖZ DİLİNDƏ DÜŞÜN* Dil, düşüncə, elm və insan haqqında söhbətlər.
