“YARALI VƏZİYYƏTDƏ YÜZ METRƏ KİMİ SÜRÜNDÜM”
Baxış sayı: 10
“Döyüşdən sonra” verilişinin ilk bölümündə Şuşada tank mərmisindən yaralanan xüsusi təyinatlı snayper Zeynal Məmmədovun döyüş yolundan söz açılıb. Çavuş Zeynal Məmmədov yaralandığı günədək xüsusi təyinatlı dəstənin həmlə qrupunda atıcı-snayper kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə çavuş Məmmədov Zeynal Gülməddin oğlu “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
