“QONAQ OTAĞI” – ARAŞDIRMAÇI ALİM QƏLƏMŞAH İDRİSOV: “PARKLARDAKI HEYKƏLLƏRİN ÇOXUNUN MÜƏLLİFİYƏM”

“Qonaq otağı” verilişinin qonağı olan filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov ADPU-nun Quba filalının ədəbiyyat və dillər kafedrasının baş müəllimi və araşdırmaçı alimdir.

Amma bütün bu elmi çalışmalarına baxmayaraq Qələmşah müəllim, həm də gözəl şair, rəssam və heykəltaraşdır. Qələmşah İdrisovun illərlə aprdığı araşdırmalar sayəsində, Xaçmazın tarixinin qədim olduğu da bəlli olub. Bütün bunlarla bağlı “Qonaq otağı” verilişində danışdıq.