PEŞƏKAR HƏKİMLƏRİMİZİN SAYƏSİNDƏ İTKİLƏRİMİZ AZ OLDU
Baxış sayı: 9
Ramin Səmədov Şabran rayonunun Ağbaş kəndində dünyaya göz açıb. Suqovuşandan Ağdama qədər şərəfli döyüş yolu keçib. Aprel döyüşlərinin, Antiterror əməliyyatların və 44 günlük vətən müharibəsinin iştirakçısı olub.
Rəşid Səmədov Şabran rayonunun Ağbaş kəndində anadan olub. Döyüş yolu Cəbrayıldan başlayaraq Füzuliyə qədər davam edib.
Qeyd edim ki, Ramin və Rəşid Səmədovovlar doğma qardaşdılar. Döyüşlərə hərbi feldşer olaraq qatılıblar.
