MƏİŞƏT ZORAKILIĞI CƏMİYYƏT ÜÇÜN CİDDİ TƏHLÜKƏDİR
Baxış sayı: 14
Məişət Zorakılığı bütün dünyada geniş yayılıb. Məişət zorakılığının əsas qurbanları qadınlar olsa da, əslində məişət zorakılığı yalnız qadınlara aid deyil. Belə ki, məişət zorakılığının qurbanları sırasında valideynlər, uşaqlar və ailə daxilində yaşayan digər şəxslər də var. Uşaqların Ailədə mütəmadi olaraq gördükləri zorakılıq halları onlarda qorxu, təşviş, depressiya və özünə inamsızlıq halları yarada bilər. Davamlı stress onların emosional tənzimləmə bacarıqlarını zəiflədir və gələcək münasibətlərində ya aqressiv, ya da həddindən artıq passiv davranış formaları yarada bilər. Bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması nadir hal olsa da, lakin rast gəlinəndir. Kişilər xanımları tərəfindən fiziki zorakılıqdan daha çox, mənəvi zorakılığa məruz qalırlar. Bu zorakılığı həyata keçirən qadınlar, həyat yoldaşlarına təhqir, lağ etmə, kobud davranma kimi mənəvi zorakılıq göstərirlər.
Zorakılığa qarşı mübarizədə ilk növbədə açıq və prinsipial mövqe formalaşdırılmalıdır. Bu cür hallara “ailə məsələsidir” deyərək laqeyd yanaşılmamalıdır. Fərdi səviyyədə hər bir vətəndaş zorakılıq qurbanlarına mənəvi dəstək göstərməli, onları susmağa deyil, kömək axtarmağa təşviq etməlidir.
