LOĞMAN MANAFOV: VƏTƏNƏ XİDMƏT NÜMUNƏSİ

Loğman Əsgər oğlu Manafov Vətən qarşısında hərbi borcunu şərəflə yerinə yetirmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş hərbçilərimizdəndir.

O, Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edib, göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif olunub. Loğman Manafov “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb. Onun döyüş yolu bununla da bitməyib. 2022-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə, 2023-cü ildə isə lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib. Loğman Manafovun hərbi xidmət yolu Vətənə sədaqətin, məsuliyyətin və torpaqlarımızın müdafiəsi naminə göstərilən fədakarlığın nümunəsidir.