BİR ATIŞLA DÜŞMƏN AVTOMOBİLİNİ MƏHV ETDİM

Dadaşov Ağadadaş Əmin oğlu 1994-cü il yanvar ayının 27-də Quba rayonunun Alpan kəndində anadan olub. 2016-cı il aprel döyüşlərində ön cəbhədə Snayper Manqa komandiri kimi vuruşan Ağadadaş, xüsusilə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2016-cı ilin iyul ayında ordudan tərxis olunub. 2020-ci il sentyabrın 27-də könüllü olaraq Vətən Müharibəsində iştirak edib. Ağadadaş Dadaşov bir çox igid döyüşçülərimiz kimi Vətən müharibəsində şücaət göstərərək möhtəşəm Zəfərə öz töhfəsini verib.