Aktrisa Vüsalə Ağayeva: Ailəmi Karyeramdan Üstün Tuturam / Birini Seç

Bu dəfə “Birini Seç” verilişinin qonağı, səmimiyyəti və pozitiv enerjisi ilə seçilən aktrisa Vüsalə Ağayeva oldu. Aktrisa verilişdə ailə, karyera və həyat tərzi ilə bağlı verdiyi dürüst və düşündürücü cavablarla yadda qaldı. Vüsalə xanım ailəsini karyerasından üstün tutduğunu, seçim qarşısında qalarsa qətiyyətlə ailəsini seçəcəyini bildirdi. Şəhər mühitindən fərqli olaraq, kənd həyatını daha sakit və həqiqi hesab etdiyini vurğuladı. “Yaxındakı insanın uzaqlığı kədərli ifadədir” deyən aktrisa, uzaqdakı doğmanın bəzən daha yaxın və dəyərli ola biləcəyini səmimi şəkildə izah etdi. 💬 Həqiqi duyğular, həyatla bağlı açıq seçimlər və təbəssüm dolu anlar üçün bu verilişi izləməyi unutmayın! 🔔 Bəyənin, paylaşın və rəy yazmağı unutmayın!