27 Sentyabr – Anım Günündə 44 günlük Vətən müharibəsini və bu müharibədə əldə olunan tarixi Qələbəni bir daha xatırlayırıq. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasından daha böyük bir məna daşıyır. Şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və onların canı bahasına əldə olunan Qələbə Azərbaycan xalqının tarixində dərin iz buraxdı.
Bu günün hadisələri illər, hətta yüzillər sonra da Azərbaycan tarixinin mühüm səhifələrindən biri kimi xatırlanacaq. Çünki 44 günlük müharibə xalqın öz gücünə inamına, gələcəyə baxışına və qarşıya qoyduğu məqsədlərə çatmaq əzminə yeni məna verdi. Bu buraxılışda şəhidlərimizin əziz xatirəsini yad edir, onların qəhrəmanlığının Azərbaycan xalqının taleyində oynadığı tarixi roldan danışırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 🎙️ GƏLƏCƏK BİLİK — keçmişi anlayaraq gələcəyə baxış.
