Müasir dövrdə yeni texnologiyalar çox sürətlə yayılır və daim inkişaf edir. Uşaqlar planşetlərin, mobil telefonların, noutbukların ekranlarına baxmaqla gündə bir neçə saat virtual aləmdə vaxt keçirirlər.
Hər bir uşağın yaşına uyğun informasiya əldə etmək hüququ var. Bununla yanaşı yayılan zərərli informasiyalar bütün cəmiyyət üzvləri ilə yanaşı, uşaqlara da ciddi zərər vurur. Cəmiyyətdə yer alan bütün zərərli informasiyalar cəmiyyət üzvləri ilə yanaşı uşaqlara da ciddi zərər verir. Valideynlərin övladlarını bu təhlükələrdən qorumaları onların bir başa valideynlik borcudur. Ancaq bu işdə valideynlərlə yanaşı məktəb, əsasən də müəllimlər öz səyini göstərməlidirlər. Ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığı, sağlam düşüncə tərzi və təhsil alması prioritet məsələlərdəndir. Buna görə hətta “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda qəbul olunub. Amma buna baxmayaraq uşaqlar demək olar ki hər addım başı zərərli, yaş hədlərinə və psixologiyalarına uyğun olmayan informasiyalar ilə qarşılaşırlar. Gələcək cəmiyyətimizin necə olması bugunkü uşaqların düzgün yetişdirilməsindən asılıdır. Yaşadığımız dünyada informasiya bolluğunun çox olması, xüsusilə onlayn medianın və internetin sürətlə inkişaf etməsi, uşaqları zərərli informasiyalardan, foto və video görüntülərin mənfi təsirlərindən qorumaq biz böyüklər üçün vacib və zəruri məsələdir. Axı bu günün uşaqları, sabahın həqiqi sahibləridirlər.
