Azərbaycan neftdən sonra dünyaya nə sata bilər? Yeni texnologiyalar, proqram təminatı, süni intellekt, sənaye məhsulları, yoxsa öz biliyimizlə yaratdığımız innovativ həllər?
Ölkənin gələcək iqtisadiyyatı təkcə təbii sərvətlərdən deyil, həm də insan kapitalından, təhsildən, elmdən və yeni məhsullar yaratmaq bacarığından asılıdır. Bəs Azərbaycan bu potensialı reallaşdıra bilirmi? Əsas sualımız: Azərbaycan neftdən sonrakı iqtisadiyyatını qurmaq üçün hansı insanları yetişdirməli, hansı bilik və texnologiyalara sərmayə qoymalıdır? Sizcə, 15–20 ildən sonra Azərbaycan dünyaya neftdən başqa nə sata bilər? Fikrinizi şərhlərdə bölüşün! 📺 Gələcək Bilik — təhsil, elm, texnologiya və gələcəyimiz haqqında müzakirələr.
