MƏKTƏBLƏRDƏ ZƏRƏRLİ VƏRDİŞLƏRƏ QARŞI MÜBARİZƏ
Baxış sayı: 10
Siqaret, alkoqol və digər zərərli vərdişlər yeniyetmələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu vərdişlər erkən yaşda başladıqda nikotin və alkoqol asılılığına, ürək-damar xəstəliklərinə, ağciyər problemlərinə və digər sağlamlıq risklərinə səbəb ola bilər. Həmçinin bu hallar məktəb uğurlarına mənfi təsir göstərir və psixoloji problemlərə yol açır. Dünyanın bir çox ölkəsində məktəblərdə siqaret və alkoqol istifadəsinin zərərləri haqqında təhsil proqramları həyata keçirilir.
Hüquq-mühafizə orqanları yeniyetmələr arasında zərərli vərdişlərin yaranmasına səbəb ola biləcək hallara qarşı yetəri qədər mübarizə aparsalar da, ancaq bu mənfi halların aradan qaldırılması üçün məncə daha da gücləndirilmiş mübarizə tədbirləri görməlidirlər. Xüsusən də məktəblilər arasında. Marketlərdə yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və siqaret satanlar daha ciddi şəkildə məsuliyyət daşımalı, bununla bağlı qanunvericiliklə olan cərimlələrin miqdarı daha da yüksəldilməlidir.
Zərərli vərdişlərə qarşı tək-tək deyil, bütün ictimaiyyət olaraq əl-ələ verib birlikdə bu istiqamətdə çalışmalı, zərərli vərdişlərin yayılmasına qarşı mübarizə aparmalıyıq. Gələcəyimiz olan gənclərimizi bu amansız təhlükələrdən, nəyin bahasına olursa olsun, qorumalıyıq.
