MƏKTƏB PSİXOLOQU NƏ İŞ GÖRÜR? – BULLİNQ, AQRESSİYA, İMTAHAN QORXUSU: UŞAQLARI BUNLARDAN KİM QORUYUR?

Məktəbdə psixoloq var. Bəs o, uşaqların hansı problemlərini görür və nə dərəcədə həll edə bilir? Bullinq, aqressiya, imtahan qorxusu, özünəinamın aşağı olması, yeniyetməlik dövrünün psixoloji çətinlikləri... Müasir məktəbdə şagirdlərin qarşılaşdığı bu problemlərin həllində məktəb psixoloqunun rolu nədir?

Psixoloq yalnız problem yarandıqdan sonra müdaxilə etməlidir, yoxsa mümkün təhlükələri əvvəlcədən müəyyənləşdirərək onların qarşısını almaq üçün sistemli iş aparmalıdır? Azərbaycan məktəblərində psixoloq institutu öz vəzifəsini nə dərəcədə yerinə yetirir? Məktəb psixoloqunun fəaliyyəti formal xarakter daşıyır, yoxsa o, həqiqətən də uşaqların psixoloji inkişafına təsir göstərə bilir? «Gələcək bilik» verilişində məktəb psixoloqunun funksiyalarını, müasir məktəbin psixoloji mühitini və uşaqların psixoloji təhlükəsizliyi məsələlərini müzakirə edirik. Gələcəyin sağlam cəmiyyəti psixoloji cəhətdən sağlam uşaqlardan başlayır. Sizcə, məktəblərdə psixoloqlar öz funksiyalarını yerinə yetirə bilirlərmi? Fikirlərinizi şərhlərdə bölüşün.