İNTERNETİN UŞAQLAR ÜÇÜN GÖRÜNMƏYƏN TƏHLÜKƏSİ

Müasir dövrdə uşaqların böyük əksəriyyəti gün ərzində saatlarla virtual aləmdə vaxt keçirir. Yaşlarına uyğun informasiya əldə etmək hüquqları olsa da, zərərli məzmunlar onların inkişafına ciddi təsir göstərə bilər.

Zərərli informasiyalar uşaqlara çox ciddi mənfi təsir göstərir. Onları bu təhlükələrdən qorumaq valideynlərlə yanaşı, məktəbin və xüsusilə müəllimlərin də üzərinə düşən mühüm vəzifədir. Bu gün internet uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin virtual məkandakı zərərli informasiyalar onların inkişafına mənfi təsir göstərə bilər. Ölkəmizdə uşaqların sağlamlığı və hərtərəfli inkişafı prioritetdir. Bununla bağlı qanun belə qəbul olunsa da, ancaq uşaqlar hələ də yaşlarına uyğun olmayan zərərli informasiyalarla qarşılaşırlar. Gələcəyimiz bugünkü uşaqların necə yetişdirilməsindən asılıdır. İnformasiya bolluğunun hökm sürdüyü müasir dövrdə uşaqları internetin, eləcə də zərərli foto və video məzmunların mənfi təsirlərindən qorumaq hər birimizin məsuliyyətidir. Çünki bugünün uşaqları sabahın qurucularıdır.