AZƏRBAYCAN – MULTİKULTURALİZM VƏ TOLERANTLIĞIN MƏRKƏZİDİR

Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Xalqımızın zəngin multikultural keçmişi təkcə onun bugünkü tolerant yaşam tərzində deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda və sənədlərdə yaşayır. Səlimcan müəllim ilk sualım sizədir. Dünyada multikulturalizmin müxtəlif modelləri mövcuddur. Buna misal olaraq ABŞ, İsveç, Avstraliya və Kanada modellərini göstərə bilərik. Azərbaycanın ərazisi bu dövlətlərə nisbətdə çox kiçikdir. Ancaq bu gün dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tədbiq edilir. Ümummilli Lider Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt isə hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Bu gün Azərbaycanda yaşayan müsəlman, xristian və yəhudilər, eyni zamanda digər dini inanclara sahib insanlar öz ibadətlərini sərbəst şəkildə həyata keçirirlər, tolerant və multikultural cəmiyyətin imkanlarından yararlanırlar. Müasir dövrdə informasiya müharibəsi şəraitində dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq Azərbaycanın hər bir ziyalısının və vətəndaşının mənəvi borcudur. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.