Avropada bənzəri olmayan sinaqoq | Qubadakı Altı Günbəz Sinaqoqunun sirri

“Tikdim ki, izim qala” verilişinin bu buraxılışında sizi Azərbaycanın nadir dini-memarlıq abidələrindən biri ilə tanış edirik — Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən Altı Günbəz Sinaqoqu ilə. 1888-ci ildə memar Gilel ben Xaimin layihəsi əsasında inşa edilən bu sinaqoq Qırmızı Qəsəbənin İsaak Xanukov küçəsində yerləşir və bölgənin qədim dini-mədəni irsinin mühüm nümunələrindən hesab olunur. 🕍 Sinaqoqun memarlıq xüsusiyyətləri onu digər ibadət məkanlarından fərqləndirir. 📌 Maraqlı faktlar: ▪️ Sinaqoq altı günbəzli və altıguşəli memarlıq quruluşuna malikdir ▪️ Bu forma Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində köçərək buraya gəlməsinin rəmzi sayılır ▪️ Binada 14 əsas pəncərə yerləşir ▪️ Pəncərələr palıd ağacından hazırlanmış altıguşəli ulduz formasında işlənib ▪️ Böyük ibadət zalı Şərq memarlıq üslubunda tikilib Sinaqoqun daxilində ibadət divarına baxan hissə aron-kaduş adlanır. Bu hissə Qüds istiqamətinə yönəlmiş qibləgahdır və hündürlüyü 7 metrdir. Müqəddəs kitablar isə həmin divarda yerləşən xüsusi dolabda saxlanılır. 📜 Tarixi sınaqlardan keçən bu məbəd 1995-ci ildə bərpa olunmağa başlanmış, bərpa işləri isə 2000-ci ilin oktyabrında tamamlanmışdır. Bu gün sinaqoq yenidən dindarların istifadəsinə verilib. Binanın zirzəmisində isə 60 nəfərlik ibadət zalı və dini mərasimlər üçün xüsusi məkan fəaliyyət göstərir. 📺 “Tikdim ki, izim qala” verilişində biz bu qədim abidənin tarixini, memarlıq xüsusiyyətlərini və keçdiyi yolu araşdırırıq. 👍 Videonu bəyənin 💬 Fikirlərinizi şərhlərdə paylaşın 🔔 Qafqaz TV kanalına abunə olun