Şimal bölgəsinə ilin istənilən fəsli xeyli sayda qonaqlar, turistlər gəlir. İnsanların olduqları, gəzdikləri yerlərdən özləri ilə bir xatirə aparmaq istəyi hamıya məlumdur. O da məlumdur ki, bu gün həmin təlabat olsa da onun ödənilməsi sahəsində böyük boşluq var.
Söhbət adi suvenirlərdən getmir, söhbət məhz həmin yerə aid olduğunu ilk baxışdan özü anladan, hardan olduğunu özü danışan suvenirlərdən gedir, elə suvenirlərdən ki, onu aparıb iş stolunun, və ya evdəki kitab rəfinə yerləşdirən insanın bu suvenirin haradan olduğunu kiməsə izah etməyə ehtiyacı olmasın, suvenir özü onu görənə elə ilk baxışdan öz tarixini danışa bilsin.