“ÜZƏN BAZAR”IN OLDUĞUNU BİLİRSİNİZMİ?

Bir çoxumuzun üzən məzənnə haqqında müəyyən qədər məlumatımız var.Bəs üzən bazar haqqında necə ? Bəli düz eşitdiz ,üzən bazar.Nə qədər qəribə səslənsədə bir o qədər də maraqlıdır.Görəsən digər ölkələrdə rast gəlinən bu bazarlara nəyə görə üzən bazar deyilir?

Gördüyünüz kimi bu bazarda təzə tərəvəz,meyvələr,yemək və digər məhsullar satılır. Yerli qonaqlarla yanaşı turistlərin də daha çox ziyarət etdiyi üzən bazarların normal bazarlardan fərqlənməsinin ən başlıca səbəbi göl və kanalların üzərində qurulmasıdır.Su nəqliyyatının gündəlik həyatda mühüm rol oynadığı dövrlərdə və yerlərdə yaranan, bu gün də fəaliyyət göstərən əksər üzən bazarlar əsasən Tayland, İndoneziya, Vyetnam, Şri Lanka, Banqladeş və Hindistanda rast gəlinir. Səhər açılar açılmaz satmaq üçün məhsullarını qayıqlara toplayan sakinlər öz alıcılarının yolunu gözləyir. Kanalların üzərində qurulan və günortaya qədər fəaliyyət göstərən bu bazarlarda alış veriş qayıq vasitəsi ilə həyata keçirilir.Şəhərin ulduz məkanlarından sayılan üzən bazarların fəaliyyət göstərməsinin başlıca məqsədi çay kənarındakı alış-veriş mədəniyyətini yerli qonaqlara və beynəlxalq turistlərə tanış etməkdir.