“İDMANIN ÜRƏYİ QUBADA DÖYÜNÜR”

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanda ilk dəfə “İdman paytaxtı 2024” layihəsi keçirildi. “İdman paytaxtı” adı uğrunda isə ölkənin 13 şəhər və rayonu öz namizədliklərini

ötən ilin sonlarından təqdim etdilər, lakin keçirilən təqdimatlarda səsvermələr zamanı Quba “İdman paytaxtı -2024”-ün qalibi oldu. Yanvarın 15-də Gənclər və İdman Nazirinin də iştirak ilə layihənin açılış törəni gerçəkləşdi. Layihənin önəmindən danışan Quba –Xaçmaz regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov rayonda idmanın  ayrı-ayrı növlərin təbliği, uşaq və yeniyetmələrdə idmana marağın yaradılması,  onların asudə vaxtlarının səmərəli təşkili baxımından önəmli olduğunu vurğuladı

Nəcəf Novruzov həmçinin vurğuladı ki, Qubanın “İdman paytaxtı” adına layiq görülməsində rayon gənclərinin də rolu böyükdü.

Onu da xatırladaq ki, hazırda www.idmanpaytaxti.az saytı fəaliyyətə başlayıb ki, bu saytda layihə çərçivəsində görüləcək işlərlə bağlı geniş bilgilər yer alacaq.