“GENDER ƏSASLI ZORAKILIQLA MÜBARİZƏ” MÖVZUSU MÜZAKİRƏ OLUNUB

Quba Rayon İcra Hakimiyyətinin və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Zorakılığa qarşı susma” adlı tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumların rəhbər və nümayəndələri, müəllim və tələbələr iştirak edib. Əvvəlcə mövzu ilə əlaqədar hazırlanmış videoçarx nümaiş olunub. Çıxış edənlər 25 noyabr – 10 dekabr tarixlərini əhatə edən 16 günlük “Gender əsaslı zorakılıqla mübarizə” devizli kampaniya barədə ətraflı bilgi verməklə yanaşı, ölkəmiz və dünya dövlətlərində bu sahədə aparılan işlərdən danışıblar. Qeyd olunub ki, Azərbaycan dövləti qadın və qızların hüquqlarının müdafiəsində, onların müxtəlif sahələrdə və vəzifələrdə irəli çəkilməsində atdığı addımlara görə lider dövlətlərdən biridir. Panel müzakirələrlə davam edən tədbirdə qeyd olunub ki, bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb.