ŞİMAL BÖLGƏSİNİN PRAVOSLAVLARI PASXA BAYRAMINI QEYD ETDİLƏR
Baxış sayı: 8
Xaçmaz rayonunda pravoslav xristian icması Pasxa bayramını qeyd edir. Qafqaz TV-nin verdiyi bilgiyə görə bayram münasibətilə rayon ərazisində yerləşən müqəddəs Möcüzələr yaradan Nikolay pravoslav kilsəsində dini ayinlər icra olunur. İcma üzvləri kilsəyə toplaşaraq dualar edir, şamlar yandırır və bayram münasibətilə bir-birini təbrik edirlər.Bildirilib ki, Pasxa xristian dünyasının ən mühüm dini bayramlarından biri hesab olunur və İsa Məsihin dirilişini simvolizə edir. Bayram münasibətilə sakinlər evlərində də ənənəvi olaraq müxtəlif şirniyyatlar hazırlayır, boyanmış yumurtalarla süfrələrini bəzəyirlər. Qeyd edək ki, Pasxa hər il müxtəlif tarixlərdə qeyd olunur və xristian dünyasında xüsusi əhəmiyyətə malikdir.
