SƏRVƏR ƏLİYEVƏ DAĞISTANDA FƏXRİ AD VERİLDİ
Baxış sayı: 18
Azərbaycanın Əməkdar artisti, rejissor Sərvər Əliyev Dağıstan Respublikasının fəxri adına layiq görülüb. Qafqaz TV xəbər verir ki, Sərvər Əliyev Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı ilə təltif olunub. Qeyd edək ki, Əməkdar artist 2024-cü ildə Dərbənd Azərbaycan Dram Teatrına baş rejissor təyin olunub.Bundan əvvəl isə Sərvər Əliyev 2014-cü ildən 2017-ci ilə qədər Ağdam Dövlət Dram Teatrının, 2017-ci ildən isə İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb.Xatırladaq ki, Sərvər Əliyev 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
