QUBALI İŞ ADAMLARI “QAFQAZ TV”DƏ QONAQ OLDULAR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 306
			
	
        
		
			
		
		
	
	
		QİAD – Quba İş Adamlarına Dəstək platformasının bir qrup üzvü Qafqaz televiziyasında qonaq olublar.   Qonaqların Televiziyaya gəlişi tanışlıq məqsədi daşıyıb. Televiziyanın rəhbəri Eltən Qədimbəyli qonaqlara  “Qafqaz TV” nin gördüyü işlər barədə geniş bilgi verdikdən sonra, qonaqlar televiziyanın fəaliyyəti ilə yaxından tanış olması üçün, iş və çəkiliş otaqlarını gəziblər.Sonra qonaqlar televiziya ilə bağlı fikirlərini bölüşdülər. Eltən Qədimbəyli bildirdi ki, QİAD platformasının Qafqaz TV ilə əməkdaşlığı sahibkarların inkişafında və onların uğurlarının geniş auditoriyaya tanıtmaqda öz töhfəsini verəcəkdir. Xüsusilə, iş adamlarının uğur hekayələrinin, bu sahədəki təcrübələrinin media formatında təqdim edilməsi gənc iş adamlarına ilham verəcək. QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov çıxışedərək bildirdi ki, gələcəkdə Qafqaz TV ilə birlikdə həyata keçirilməsi planlaşdırılan layihələr, eyni zamanda, rayonumuzun iqtisadi inkişafında və sahibkarların daha böyük uğurlara imza atmasında mühüm rol oyn
	
ayacaqdır.  Səmimi atmosferdə davam edən söhbət əsnasında Qafqaz TV-ə "Üzvlük Sertifikatı" təqdim olundu. Səmimi dəvətə görə minnətdarlıq edən qonaqlar Televiziyadan xoş təəssüratla ayrıldılar.
    
        
                    
            
	
	
				
				
		
	
	
				