QUBADA ŞƏHİD ÖVLADLARINA YENİ İL HƏDİYYƏLƏRİ TƏQDİM OLUNDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 297
			
	
        
		
			
		
		
	
	
		Şəhid ailələrinə xüsusi diqqət göstərilən Quba rayonunda daha bir xoş məramlı aksiya baş tutub. 31 dekabr yeni il və Dünya  Azərbaycanlıların həmrəylik günü münasibəti ilə Şəhid ailələrinə “Qayğı”cəmiyyətinin Quba rayon şöbəsi tərəfindən şəhid ailələri görüş keçirilib. Tədbirdə Şəhid ailələrinə “Qayğı”cəmiyyətinin Quba rayon şöbəsinin sədri Zaur Gülməmmədov çıxış edərək şəhid ailələrinə baş salığı verib, Azərbaycanın qazandığı zəfərdən danışıb, Azərbaycan ordusunun fədakarlığından bəhs edib. Zaur Gülmməmmədov qarşıdan gələn yeni il və dünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Şəhid ailələrinə “Qayğı”cəmiyyətinin Quba rayon şöbəsinə minmətdarlıqlarını bildirdilər. Sonda uşaqlara yeni il hədiyyələri təqdim olundu. Qeyd edək ki, Prezident İlham Əliyevin şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilməsi ilə bağlı verdiyi göstərişlər Qubada yüksək səviyyədə həyata keçirilir. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				