QUBADA BAYRAM YARMARKASI KEÇİRİLİR
Baxış sayı: 15
27 və 28 dekabr 2025-ci il tarixlərdə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” parkının qarşısındakı hissəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçirilir. Yarmarka saat 09-dan etibarən gün ərzində fəaliyyət göstərir. Yarmarkada satışa çıxarılan məhsulların qiymətləri mövcud bazar qiymətlərindən ucuzdur. Quba Rayon İcra Hakimiyyəti hər kəsi bayram yarmarkasına dəvət edir. Hər bir rayon sakinini və rayonumuzun qonaqlarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2026-cı il münasibətilə ürəkdən təbrik edirik.
