QUBADA AŞURA GÜNÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB
Baxış sayı: 13
Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və digər rayon rəsmiləri ilə yanaşı, rayon ictimaiyyətinin digər nümayəndələri də iştirak edib. Qanvermə aksiyası səhər saat 8:00-dən başlayıb. Aksiya çərçivəsində həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlandıqdan sonra talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Qanvermə aksiyası Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirərək, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəmini təşviq etmək məqsədi daşıyır. Qeyd edək ki, qanvermə aksiyası gün ərzində davam edib.