QUBADA 35 MİNDƏN ÇOX SEÇİCİ SƏS VERİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 329
			
	
        
		
			
		
		
	
	
		59 saylı Quba və 60 saylı Quba-Qusar dairə Seçki komissiyası Qafqaz TV-yə bu gün keçirilən  bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb. 59 saylı Quba dairə Seçki komissiyasının sədri Mübariz Abasov  bildirdi ki, həmin müddətə qədər seçici sayı 14792 nəfər  olub ki, buda  seçicilərin 29,7%-ni təşkil edir. 60 saylı Quba – Qusar dairə Seçki komissiyasının sədri Rahim Qarayev isə bildirdi ki, həmin müddətə qədər seçici sayı 15253 nəfər  olub ki, buda  seçicilərin 29,6%-ni təşkil edir. 59 saylı Quba və 60 saylı Quba-Qusar dairə Seçki komissiyalarından Qafqaz TV – yə saat 17:00-a olan seçici fəallığı da açıqlanıb. Belə ki, həmin müddətə qədər 59 saylı Quba dairə Seçki komissiyasının verdiyi bilgiyə görə seçici sayı 17530 nəfər  olub ki, seçicilərin 35,2%-ni,  60 saylı Quba – Qusar dairə Seçki komissiyası üzrə isə seçici fəallığı 17.969 nəfər, 34.9%   təşkil edir. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
    
        
                    
            
	
	
				
				
		
	
	
				