QUBADA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILDI

Yanvarın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Quba rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Anım mərasimində rayon rəsmiləri və digər ziyarətçilər şəhər qəbiristanlığında 20 Yanvar şəhidi Rahib Məmməd oğlu Hüseynovun və Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların məzarını ziyarət ediblər.Mərasim iştirakçıları məzarların önünə gül-çiçək dəstələri düzərək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Quba rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səhər saatlarından başlayaraq gün boyu Ümumxalq Hüzn Günü ilə əlaqədar rayon sakinləri tərəfindən şəhidlərimizin məzarları ziyarət olunur. #Quba #20Yanvar #anım