QUBA "SMİLE BURGER" 24 SAAT XİDMƏTİNİZDƏDİR
Baxış sayı: 8
Əziz qubalılar və şəhərimizin qonaqları, Quba şəhərində ictimai iaşə sektoruna yeni töhfə verəcək daha bir məkan fəaliyyətə başlayıb. Bu gündən etibarən Smile Burger kafesi qapılarını ziyarətçilərin üzünə açıb. Müasir interyer, zəngin menyu və dadlı fast-food təamları artıq Qubada sakinlərin və şəhərimizin qonaqlarının ixtiyarındadır. Kafe Fətəli Xan küçəsi 75 ünvanında yerləşir.
Qeyd edək ki, Smile Burger 24 saat xidmətinizdədir.
Kafenin konsepsiyası müasir dizayn və yüksək xidmət standartlarına əsaslanır. Zövqlə tərtib edilmiş interyer, rahat oturma zonaları və ailəvi istirahət üçün uyğun atmosfer məkana xüsusi cəlbedicilik qazandırır. “Smile Burger” qonaqlara həm estetik baxımdan xoş mühit, həm də komfortlu istirahət imkanı təqdim edir. Müəssisə qida sənayesinin ən son texnoloji yeniliklərinə uyğun avadanlıqlarla təchiz olunub. Burada 30-dən çox oturacaq yeri mövcuddur və eyni anda 35 nəfərə xidmət göstərmək imkanı var. Restoranın istifadəyə verilməsi ilə 10 yeni iş yeri yaradılıb ki, bu da bölgədə məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Restoranın sahibi Bəkir Haqverdiyev Qafqaz TV-yə açıqlamasında bildirib ki, menyuda 30-a yaxın müxtəlif təam təqdim olunur. Müştərilər burger, pizza və digər fast-food növləri ilə yanaşı, sərinləşdirici içkilər və xüsusi sous seçimlərindən də yararlana bilərlər. Bundan əlavə, restoran çatdırılma xidməti də təklif edir ki, bu da sakinlərə sifarişlərini istədikləri ünvanda rahat şəkildə əldə etməyə imkan verir. Qeyd edək ki, regionlarda belə iaşə obyektlərinin açılması yerli iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və xidmət sektorunun inkişafına müsbət təsir göstərir. “Smile Burger”in fəaliyyətə başlaması da Qubada ictimai iaşə mədəniyyətinin inkişafına növbəti töhfə kimi qiymətləndirilir. Beləliklə, dadlı və keyfiyyətli təam axtaran hər kəs üçün yeni ünvan artıq bəllidir – “Smile Burger” qonaqlarını gözləyir.
