QONAQKƏND QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL KEÇİRİLİB
Baxış sayı: 3
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qonaqkənd qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Qonaqkənd qəsəbəsində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda xalqımızın Ümummilli Liderinin abidəsinin və qəsəbənin mərkəzində inşa edilən Şəhidlər abidə-xatirə kompleksinin qarşısına gül dəstələri düzüb.
