QEYRİ-SABİT HAVA DAHA 5 GÜN DAVAM EDƏCƏK
Baxış sayı: 44
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinin verdiyi bilgiyə görə Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraiti mayın 17-dək fasilələrlə davam edəcək, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.