PEZEŞKİAN YENƏ TÜRKCƏ ŞEİR OXUDU
Baxış sayı: 64
İran Prezidenti Məsud Pezeşkian aprelin 16-da İran Radio və Televizyasının konqres zalında keçirilən “İran qəhrəmanı” adlı tədbirdə yenə də Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir neçə bənd oxuyub.Bu barədə İran mediası bilgi və videolar yayılıb.
Prezidentin “Heydərbabaya salam”ın 3 bəndini oxuması tədbir iştirakçılarının bir qisminin etirazı, Azərbaycan əsilli iştirakçıların isə alqışı ilə qarşılanıb. Xatırladaq ki, Məsud Pezeşkian bundan əvvəl də Təbrizin Tehranda keçirilən mədəniyyət həftəsində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxumuşdu. Pezeşkian çıxışını farsca etsədə, ancaq Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bəndi azərbaycanca oxumuşdu. Bu məqamda isə kənardan yaxınlaşan şəxs vasitəsilə prezidentin qulağına xəbərdarlıq edilir və Pezeşkian dərhal şeir deməyi dayandırır və farsca çıxışına davam edərək, azərbaycanca şeir deməkdə heç bir qəbahət olmadığını dilə gətirmişdi.