PAŞİNYANIN KƏRKİ MESAJI İRANDA HAY-KÜY YARATDI
Baxış sayı: 10
Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı Azərbaycanın işğal olunmuş əraziləri, o cümlədən İran-Ermənistan tranzit yolunun yaxınlığında yerləşən Kərki kəndini Bakıya təhvil vermək barədə bəyanatı Tehranda bəzi qüvvələri əməlli-başlı narahat edib.Bu fonda bir sıra iranlı “ekspert”lər yenidən Azərbaycanın üzərinə hücum çəkərək, hay-küy qaldırıblar ki, Kərki qayıtsa, Bakı Zəngəzur dəhlizinin enini genişləndirəcək. Üstəlik, hava məkanı üzərində suverenliyini təsdiqləyəcək. Onlar düşünürlər ki, bununla da İranın Ermənistana tranzit yolu kəsiləcək. Həmçinin Azərbaycan Türkiyə ilə birlikdə İranın Qafqaza və Avropaya bütün çıxış yollarına nəzarət edəcək.
Hətta bəziləri iddia edir ki, Azərbaycan Kərkiyə nəzarəti ələ keçirsə, yüksəkliklərdə mövqelər tutaraq, E117 yolunu atəş nəzarətinə almaqla, potensial müharibədə Zəngəzur əyalətinin İranla əlaqəsini kəsə bilər. Qeyd edək ki, İran tərəfinin verdiyi mesajlardan və ya istəyindən asılı olmayaraq, Kərki Azərbaycan ərazisidir və geri qaytarılması da labüddür. Zamanında “biz Ermənistana Zəngəzur dəhlizini açmağa imkan vermədik” deyən İran rəsmilərinin arzuları kimi, Kərki ilə bağlı arzuları da ürəklərində qalacaq”.
