OĞUZ KAĞAN ATANIN NƏVƏLƏRİ KOSMOSA GEDİR

Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmos gəzisinə başlamasına az qaldı. Beləki, türkiyəli astronavtın kosmos yolçuluğu yanvarın 19-da Türkiyə vaxtı ilə 13:15-də baş tutacaq. Bununlada Türkiyənin 2021-ci ildə açıqladığı Milli Kosmos Proqramının ilk insanlı kosmos missiyası hədəfinə çatacaq. Türkiyədə başda İstanbul və Ankara olmaqla bəzi şəhərlərdə təqdimat mərasimini izləmək üçün hazırlıqlara başlanılıb. Taksim, Kızılay kimi meydanlarda “qübbəli çadırlar” adlanan nəhəng günbəzli səhnələrdən hazırlanmış planetariumlar yaradılıb. Türkiyədə təqdimat mərasimini izləmək üçün digər yerlər elm mərkəzləri olacaq. Türkiyəli astronavtın gerçəkləşdirəcəyi bu missiyanın ən diqqət çəkən məqamlarından biri də astronavtın daşıyacağı gerbdi. Türkiyə Sənaye və Texnologiyalar naziri Alper Gezeravcının bu gerbin tanıtımını etdiyi görüntüləri paylaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Amerikanın Florida ştatında karantin evində uçuş anını gözləyən kosmonavtla videogörüşmə edib. İlk Türkiyəli kosmonavtın Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacağı bildirilir. Alper Gezeravcı 14 gün ərzində Beynəlxalq Kosmik Stansiyada 13 fərqli elmi təcrübə yerinə yetirəcək. Bəs ilk Türk kosmanvtı olan Alper Gezeravcı kimdir? Gezeravcı 1979-cu ildə Mersinin Silifke rayonunda anadan olub. Bakalavr təhsilini İstanbul Hərbi Hava Qüvvələri Akademiyasında Elektronika Mühəndisliyi üzrə bitirib. Bakalavr təhsilini bitirdikdən sonra isə Rayt-Patterson Hərbi Hava Qüvvələri Bazasında Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda magistr dərəcəsi alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən Gezeravcının F-16 da daxil olmaqla bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il Türk Hava Yollarında kapitan pilot vəzifəsində çalışıb. Onun kosmos yolçuluğunun başlamasını həyacanla gözləyənlər arasında ailəsi ilə birgə Mersinin Silifke rayonunda yaşayan Yörükler də var. Onlar Gezeravcını “Yörük cocuğu uzaya gedir”, “Silifkemizin qüruru Alper Gezeravcı” yazılı şüarlarla dəstəkıyirlər. Onu da vurğulayaq ki, Yörüklər Anadoluda köçəri Oğuz Türklərinə verilən addır. Bəli, əsrlər öncə “Göy çadırımız, günəş məşəlimiz olsun” deyən Oğuz Kağan Atanın nəvələri kosmosa gedir, 16 türk dövlətini və Türkiyənin ayulduzlu al bayrağı da daxil olmaqla 8 guşəli Səlcuklu ulduzu ilə. Xatırladaq ki, Alper Gezeravçı ilk Türkiyəli kosmonavt olsa da ilk Türk kosmonavt deyil. Alper Gezeravçıdan başqa biri çuvaş, 3-ü Qazaxıstan Türkü olmaqla 4 türk soyundan olan kosmonavt kosmosa uçub.