ORDUMUZUN MÖVQELƏRİ ATƏŞƏ TUTULDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 318
			
	
        
		
			
		
		
	
	
		Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.    Bu barədə bilgini Müdafiə Nazirliyi yayıb.
"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb", - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
    
        
                    
            
	
	
	
				
				
		
	
	
				