İSTİQLAL ŞAİRİ ƏHMƏD CAVAD QUBADA ANILIB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə filialın akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş “YOL VER TÜRKÜN BAYRAĞINA!” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanıb.Tədbiri Azərbayacan Dövlət Pedoqoji Universitetinin Quba filialının Humanitar və sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının müəllimi Filalogiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova açıb. O, tədbir iştirakçılarına Əhməd Cavadın həyat və yaradıcılığı barədə geniş bilgi verib. Daha sonra tədbirdə filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasının I tədris ili tələbələrinin ifasında şairin "Gəldim Gəncəyə", "Yuxuma gəlmişdin", "Yağış tökdü üstümüzə", "Susmaram" və digər şeirləri səsləndirilib, istiqlal şairi Əhməd Cavadın və ömür-gün yoldaşı Şükriyyə xanımın həyatını özündə əks etdirən səhnəciklər, həyatından bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.