İSTİ HAVA 2300-DƏN ÇOX İNSANIN HƏYATINA SON QOYDU

Ötən həftə baş verən kütləvi isti dalğası nəticəsində Avropanın 12 şəhərində 2300-ə yaxın insan həddindən artıq istilərin təsirindən həyatlarını dəyişiblər. Reuters xəbər verir ki, bu barədə London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin apardığı araşdırmada deyilir. Təhlil, iyulun 2-də başa çatan 10 günlük dövrü əhatə edir. Bura Qərbi Avropanın bir çox hissəsi, 40°C-dən çox isti hava dalğası ilə üzləşən İspaniya və meşə yanğınlarının davam etdiyi Fransa da daxildir. Elm adamları həyatla vidalaşmaq məcburiyyətində qalan 2300 qurbanın 1500-ə yaxınını birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirirlər: qlobal istiləşmə havaların getdikcə daha da istiləşəcəyi təhlükəsini yaradır. London İmperial Kollecinin tədqiqatçısı Dr Ben Clarke, "İqlim dəyişikliyi nəticəsində hava normadan qat-qat artıq isti keçdiyindən, gələn isti dalğalar yaşamı daha ölümcül edib" deyə qeyd edib. Kopernik iqlim strategiyasının rəhbəri Samantha Burgess, "Qlobal istiləşmə ilə birlikdə istilik dalğalarının daha intensiv olacağanı və bunun Avropada daha çox insana təsir edəcəyəni" deyib.