İLQAR MAHMUDOV QIRMIZI QƏSƏBƏ SAKİNLƏRİ İLƏ GÖRÜŞDÜ
Baxış sayı: 48
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Qırmızı Qəsəbə qəsəbəsində yaradılmış Vətən müharibəsi şəhidi Aydəmir Hacıyevin bulaq-xatirə kompleksinin və şəhid Ramin Abdulrəhimovun xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşlər.