İLHAM ƏLİYEVİN QƏRARI ERMƏNİSTANDA ALQIŞLA QARŞILANDI
Baxış sayı: 44
Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayır. Bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Bu, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan və Azərbaycan arasında qurulan sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Bağdasaryan vurğulayıb. Ermənistanın İqtisadiyyat Naziri Gevork Papoyan isə bildirib ki, tezliklə Qazaxıstandan Ermənistana çatdırılacaq ilk buğda partiyası Qazaxıstanın Aktau limanından Bakıya, oradan isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana daşınacaq.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu Oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
