İCRA BAŞÇISI XUCBALADA SAKİNLƏRLƏ GÖRÜŞDÜ
Baxış sayı: 8
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xucbala kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Xucbala kənd tam orta məktəbinin qarşısında yaradılan şəhid Zöhrab Əsgərov və şəhid Sənan Qərəmanovun xatirə abidəsinin, həmçinin təhsil müəssisəsindəki Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzüb.
